Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir
Tbilisi, 23 yanvar, AZƏRTAC
Azərbaycan qonşu Gürcüstanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin keçən ilin yekunlarına dair hesabatında məlumat verilib.
Bildirilir ki, 2022-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 19 042,9 milyon ABŞ dollar həcmində olub.
Bunun da 5 592,8 milyon dollarını ixrac, 13,450,1 milyon dollarını isə idxal təşkil edib.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində 7857,2 milyon dollar həcmində mənfi saldo yaranıb.
Ölkənin xarici ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və Azərbaycan əsas yerləri tuturlar.
Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
İsveçrənin iki böyük bankı birləşib
Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfransı keçirəcək
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 faiz səs toplayıb
Gürcüstanın Kvemo Svaneti bölgəsində 60 günlük karantin elan olunub