G7 ölkələrinin xarici işlər nazirləri Münhendə görüşəcək
Bakı, 22 yanvar, AZƏRTAC
G7 ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Japan Today” nəşrinə istinadla məlumat yayıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, G7-nin yüksək səviyyəli diplomatlarının 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iclasa sədrlik edəcək. Gözlənilir ki, planlaşdırılan görüşdə xarici işlər orqanları rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha təsdiq edəcəklər.
Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının xarici işlər nazirlərinin də qanunun aliliyinə əsaslanan beynəlxalq asayişin qorunmasının vacibliyini bir daha təsdiqləmələri gözlənilir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır