Bosniya və Herseqovinada yağan güclü qar problemlərə səbəb olub
Sarayevo, 21 yanvar, AZƏRTAC
Bosniya və Herseqovinada iki gündür yağan güclü qar nəqliyyatda problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, əlverişsiz hava şəraiti ictimai və şəhərlərarası nəqliyyatda problemlərə, eləcə də yolların bağlanmasına səbəb olub. Paytaxt Sarayevo ilə Konyiç şəhəri arasında yük avtomobillərinin hərəkəti qadağan edilib. Sarayevoda şəhərlərarası qatarlarda gecikmələr və ləğvlər olub.
Bosniya və Herseqovinada qarlı hava şəraitinin həftə sonu boyunca davam edəcəyi və havanın temperaturunun sıfırın altında qalacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib