Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib
Bakı, 21 yanvar, AZƏRTAC
Stokholm şəhərində Türkiyə əleyhinə nümayişlər səbəbindən İsveç müdafiə nazirinin yanvarın 27-də Ankaraya planlaşdırılan səfəri ləğv edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar Qərb ölkələri hərbi qurumlarının ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında keçirilən görüşünün nəticələrinə həsr olunan brifinqdə deyib.
“Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı mənfur hərəkətə qarşı tədbirlərin görülməməsi bizi çox təəssüfləndirir. Bu səbəbdən İsveç müdafiə nazirinin Türkiyəyə səfərinin heç bir mənası yoxdur”, - deyə Hülusi Akar bildirib.
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib