ABŞ-ın Suriyadakı hərbi bazası dron hücumuna məruz qalıb
Bakı, 21 yanvar, AZƏRTAC
ABŞ-ın Suriyadakı Ət-Tanf hərbi bazasına pilotsuz uçan aparatlarla hücum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Komandanlığı məlumat yayıb.
Məlumata görə, hücum edən üç drondan ikisi vurulub, biri isə zərbə endirməyə müvəffəq olub. Amerikalı hərbçilərdən xəsarət alan olmasa da, iki suriyalı əsgər ölüb.
Suriyanın İraq və İordaniya ilə sərhədi yaxınlığında yerləşən Ət-Tanf bazası İŞİD qruplaşmasına qarşı əməliyyatlar və müxalif qüvvələrin hazırlanması üçün istifadə olunur.
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib
Sabiq dövlət katibi: İkinci soyuq müharibə ABŞ ilə Çin arasında başlaya bilər
Gürcüstanın gömrük nəzarəti məntəqələrində robotlar fəaliyyət göstərəcək