Aleksandar Vuçiç: Sülh üçün bizə təklif olunan konsepsiyanı qəbul etməyə hazırıq
Belqrad, 21 yanvar, AZƏRTAC
Dondurulmuş münaqişə həll yolu deyil. Çünki məsuliyyətsiz insanların bütün Qərbi Balkan regionunda sülhü pozması an məsələsidir.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Belqradda Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak, ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar, eləcə də Almaniya, Fransa və İtaliyanın yüksək səviyyəli nümayəndələri ilə görüşünün indiyədək baş tutan ən çətin görüş olduğunu bildirən A.Vuçiç deyib: “Açıq və ciddi görüş keçirdik. Serbiyanın maraqlarını qorumaq üçün əlimdən gələni edirəm və edəcəyəm”.
Serbiya Prezidenti Qərb nümayəndələri ilə görüşdə Kosovo ilə ölkəsi arasındakı problemlərin həlli və Serb Bələdiyyələr Birliyinin yaradılması zərurətinin müzakirə olunduğunu qeyd edib: “Bizə təklif olunan konsepsiyanı qəbul etməyə və təklif olunan sazişin həyata keçirilməsi üzərində işləməyə hazırıq. Həmçinin digər mühüm məsələ ilə bağlı da bütün narahatlığımı bildirdim”.
A.Vuçiç təqdim edilən sazişin ictimaiyyətə açıq olmadığını, razılaşmaya dair hökumət və parlament üzvləri ilə müzakirələr aparacağını bildirib.
Qeyd edək ki, Aİ Serbiya ilə Kosovonun ittifaqa inteqrasiya prosesinin tərəqqisi üçün iki ölkə arasındakı problemlərin həllini nəzərdə tutan yekun razılaşma əldə etməyi tələb edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Finlandiya hökuməti Rusiya ilə sərhədi iki həftəlik tam bağlamaq qərarına gəlib
Pentaqon Şimali Koreya tərəfindən buraxılan peykin orbitə çıxarıldığını etiraf edib
COP28: Təbii fəlakətdən zərər çəkmiş ölkələrlə bağlı səmərəli yardım mexanizmləri qəbul edilməlidir
G7 HƏMAS-ı bütün girovları ilkin şərt olmadan azad etməyə çağırıb
“Save the Children”: Sudan dünyada ən böyük köçkün uşaqlar böhranı ilə üzləşib