Almaniya Ukraynaya 1 milyard avroluq yeni hərbi yardım paketini açıqlayıb
Kiyev, 20 yanvar, AZƏRTAC
Almaniya Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardım paketini açıqlayıb.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
"Almaniya Ukraynaya milyard avro dəyərində əlavə silah və texnika verəcək", - deyə nazir açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu “yaz paketi” ilə Almaniyanın müharibə başlayandan bəri hərbi yardımının ümumi məbləği 3,3 milyard avroya yüksəlib.
Almaniyanın müdafiə nazirinin qeyd etdiyi fərdi tədarüklər daha əvvəl elan edilmişdi. Bunlara “Patriot” hava hücumundan müdafiə sistemi, yeddi ədəd “Gepard” zenit qurğusu və idarəolunan raketləri olan bir IRIS-T SLM hava hücumundan müdafiə sistemi daxildir.
Pistorius bildirib ki, Almaniya Ukraynaya dəstəyindən əl çəkməyəcək. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb.
Xatırladaq ki, Almaniya müttəfiqlərlə müvafiq razılaşmalar olarsa, “Leopard 2” tanklarını da verməyi planlaşdırır. Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin tank ehtiyatlarına yenidən baxacağına söz verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib