Şabran sakinindən külli miqdarda narkotik götürülüb
Şabran, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Qazaxda 36 yaşlı piyadanı yük maşını vuraraq öldürüb
Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub
Azərbaycan tarixinin önəmli bir dövrü Ulu Öndərin adı ilə bağlıdır
Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib