Şəhidlərin məzarları xalqımızın and yerinə çevrilib
Masallı, 20 yanvar, İlkin Adıyev, AZƏRTAC
Masallıda 20 Yanvar şəhidlərinin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün şəhərdəki “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ndə 20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Xalqımızın and yerinə çevrilən şəhidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub.
Ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
Anım mərasiminin iştirakçıları 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə tər qərənfillər düzərək, şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayrağı endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub
Ağalı sakinləri Novruzu böyük sevinclə qarşılayıblar
Talış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib VİDEO
Qoçaq Əsgərov illər sonra doğma kəndində bayram tonqalı qaladı FOTO VİDEO