×
A
A
A
Sazlamalar

Ağdaşlı gənclər 20 Yanvar şəhidi Müşfiq İsayevin məzarını ziyarət ediblər

Bakı, 20 yanvar, AZƏRTAC

Ağdaşlı gənclər rayondakı Şəhidlər xiyabanında 20 Yanvar şəhidi Müşfiq İsayevin və digər şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
AZƏRTAC xəbər verir ki, ziyarətdən sonra rayon Gənclər və İdman İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqın keçdiyi əzablı günlərdən danışılıb, bu barədə videoçarx nümayiş olunub.
Həmçinin iştirakçılara Müşfiq İsayevin həyat yolu barədə də məlumat verilib.
Silsilə tədbirlər "Qanlı Yanvar" filminin nümayişi ilə davam etdirilib.

Regionlar 2023-01-20 12:26:26