×
A
A
A
Sazlamalar

Masallıda “Qisas” adlı ədəbi-bədii kompozisiya təqdim edilib

Masallı, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan “Qisas” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, kompozisiyanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.
Rolları Masallı Xalq Teatrının aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər

Regionlar 2023-01-19 11:59:18