×
A
A
A
Sazlamalar

Mərkəzi Bank AYİB ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində AYİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Maliyyə 2023-01-18 18:47:00