Şahmat üzrə ənənəvi “Media Kuboku”nun qalibləri müəyyənləşib
Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda şahmat üzrə ənənəvi “Media Kuboku”nun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin ilk uşaq televiziyası “ARB Günəş”in təşəbbüsü ilə keçirilən turnirdə müxtəlif media qurumlarını təmsil edən 20-dək şahmat həvəskarı mübarizə aparıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnir media nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və şahmatın təbliği məqsədi daşıyıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə AZƏRTAC-ın Quba-Xaçmaz bölgəsi üzrə müxbiri Elxan Yusifli ikinci yeri qazanıb. Turnirin qalibi adına “ARB Günəş” televiziyasının əməkdaşı Ayaz Sultanov layiq görülüb. Televiziyanın digər əməkdaşı Abbasqulu Səfərov isə üçüncü yeri qazanıb.
Qalib gələn yarış iştirakçıları təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Azərbaycanda ilk dəfə: Saatlıda intensiv əncir bağı salınır
Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günündən reportaj VİDEO
Akademik Rus Dram Teatrının kollektivi Gəncədə çıxış edib