×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2062024701 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9814,506 manat (8,10 faiz) və 9828,2353 manat (7,49 faiz) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 milyon 80 min manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 9819,2281 manat (7,89 faiz), orta ölçülmüş qiyməti isə 9823,7408 manat (7,69 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45 milyon manat təşkil edib. Notlar aprelin 12-də ödəniləcək.
Həmin gün BFB-dən AMB-nin AZ2061024702 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9944,312 manat (7,2 faiz) və 9951,239 manat (6,3 faiz) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 370 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9945,9274 manat (6,99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9948,1765 manat (6,7 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45 milyon manat təşkil edib. Notlar fevralın 15-də ödəniləcək.

 

 

Maliyyə 2023-01-18 14:51:00