×
A
A
A
Sazlamalar

Yardımlı rayonunda təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb

Yardımlı, 18 yanvar, İlkin Adıyev, AZƏRTAC

Ölkəmizdə iqtisadi islahatlar və iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi, əlavə güzəşt və stimullaşdırma siyasətinin gerçəkləşdirilməsi nəticəsində ciddi irəliləyişlər əldə olunub.
Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvarın 1-i tarixinə Yardımlı rayonunda qeydiyyatda olan hüquqi şəxs statuslu statistik subyektlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 487 vahid, fərdi sahibkarların, fiziki şəxslərin sayı isə 8,6 faiz artaraq 8615 nəfər olub.
Qeydiyyatda olan fərdi sahibkarların, fiziki şəxslərin sayından 6905 nəfəri kişilər, 1710 nəfəri isə qadınlardır. Bundan başqa, torpaq payı alan ailə təsərrüfatlarının sayı isə 9236-a çatır.

Regionlar 2023-01-18 11:55:00