×
A
A
A
Sazlamalar

Tərtərdə 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb

Tərtər, 17 yanvar, AZƏRTAC

Tərtərdə 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 33 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Rəsmlərdə məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilib.

Regionlar 2023-01-17 22:15:00