×
A
A
A
Sazlamalar

Lənkəran sakini Qubada narkotiklə saxlanılıb

Quba, 17 yanvar, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Regionlar 2023-01-17 12:31:46