×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Regional Kollecində yanğın olub, 11 nəfər tüstüdən zəhərlənib

Gəncə, 16 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Regional Kollecində yanğın baş verib, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub.
Hadisə nəticəsində 11 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Regionlar 2023-01-16 16:49:35