×
A
A
A
Sazlamalar

Gəncədə Cavad xanın xatirəsi anılıb

Gəncə, 16 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə şəhərin sonuncu xanı - Cavad xanın anım günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri Cavad xanın məqbərəsi önünə toplaşıb, igid sərkərdənin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, önünə gül dəstələri düzüblər.
Bildirilib ki, 1786-cı ildən 1804-cü il yanvarın 15-dək Gəncəni idarə edən Cavad xan bir aydan çox rus imperiyasının generalı Pavel Sisianovun ordusuna qarşı vuruşub. Cavad xan Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu, Hüseynqulu xan və tərəfdaşları ilə birlikdə qəhrəmancasına şəhid olub.

Regionlar 2023-01-16 13:16:57