×
A
A
A
Sazlamalar

Saatlıda silsilə oğurluqlar törədən şəxs saxlanılıbVİDEO

Saatlı, 9 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli KEATS-nin xidmət göstərdiyi rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib. Həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

 

Regionlar 2023-01-09 09:49:24

Video