Şirvan sakini bədbəxt hadisə nəticəsində ölüb VİDEO
Şirvan, 9 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda bədbəxt hadisə baş verib. Daş hasarın uçması nəticəsində ağır bədən xəsarətləri alan 38 yaşlı kişi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb.
Şirvan şəhər sakini 38 yaşlı Adıbala İbadov daş hasarın uçması nəticəsində dağıntı altında qalıb. Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Yaralıya lazımi tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şirvanda küçələrin asfaltlanması işləri görülür
Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir
Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub
Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ