×
A
A
A
Sazlamalar

Çağrı Mərkəzi 142 tərəfindən 1.5 milyondan çox vətəndaşın müraciəti cavablandırılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Cari ildə Çağrı Mərkəzi 142 tərəfindən 1 milyon 548 min nəfər vətəndaşın müraciəti cavablandırılıb. Orta günlük qəbul olunan zəng sayı 6 min 430-a bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ilin yekunları ilə bağlı hesabat konfransında deyib.
F.Məmmədov bildirib ki, zənglərin 39.4 faizi Bakı, qalanı regionlardan daxil olub. Zənglərin 98.7 faizi cavablandırılıb. Vətəndaş məmnunluğu 93.1 faizə bərabərdir. Bu il onlayn çat vasitəsilə 45 min 300-ə yaxın müraciətə cavab verilib.
Qeyd olunub ki, 2019-2022-ci illər ərzində isə Çağrı Mərkəzinə 3 milyon 403 min zəng daxil olub.

 

Sosial 2022-12-30 12:12:00