×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı beynəlxalq mükafata layiq görülüb

Bakı, 28 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-saytı (www.dma.gov.az) “Qlobal Hökumət Mükəmməlliyi” (Global Government Excellence) mükafatı üzrə “İlin veb-saytı” nominasiyasının qalibi olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qlobal Hökumət Mükəmməlliyi” mükafatı üzrə 2022-ci ilin yekunlarına əsasən iki nominasiya - “İlin veb-saytı” və “Marketinq və kommunikasiya” üzrə qiymətləndirmə keçirilib.
Nominasiyalarda ABŞ, Böyük Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Avropa və Afrikadan olan ölkələrin sosial xidmətlər üzrə layihələri iştirak edib.
Dövlət Məşğulluq Agentliyi bir çox aparıcı ölkələrdən olan nominantları qabaqlayaraq “İlin veb-saytı” nominasiyası üzrə ən yüksək “Platinum” mükafatına layiq görülüb.
Mükafat baş ofisi Birləşmiş Ərəb Əmirliyinin Dubay və ABŞ-ın Los-Anceles şəhərlərində yerləşən “Qlobal Hökumət Mükəmməlliyi” beynəlxalq şirkəti tərəfindən təsis edilib.
Mükafatın münsiflər heyətində dünyanın aparıcı ölkələrinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri yer alıb.

Sosial 2022-12-28 18:53:00