×
A
A
A
Sazlamalar

Enerji bazarı ilə bağlı Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi Qrupunun 2022-2023-cü illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mütəxəssisləri arasında növbəti görüş keçirilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı enerji bazarında informasiya sisteminə dair Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb.
EPDK-nın enerji üzrə mütəxəssisi Mert Demir Türkiyənin enerji bazarında informasiya sisteminin qanunvericilik bazası, bazar əməliyyatlarına dair məlumatın toplanılması və hesabatların sistemləşdirilməsi ilə bağlı məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü bu kimi görüşlərin əhəmiyyətindən danışıblar.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

Energetika 2022-12-23 10:54:00