×
A
A
A
Sazlamalar

Nazir: Səudiyyə Ərəbistanının İnvestisiya Fondu Qarabağın bərpasına maraq göstərə bilər

Bakı, 19 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının İnvestisiya Fondu Qarabağda ərazilərin bərpasına və yenidən qurulmasına maraq göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan maliyyə naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanının hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında deyib.
O qeyd edib ki, bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir. Azərbaycan Respublikası Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlər qurmamasını yüksək qiymətləndirir: “Biz bu mövqeyə görə Səudiyyə Ərəbistanına minnətdarıq”.
Nazir nümayəndə heyətinin dekabrın 18-də Zəngilana səfər etdiklərini və erməni barbarların Azərbaycan torpaqlarında törədilmiş vəhşiliklərlə tanış olduqlarını bildirib.

Maliyyə 2022-12-19 10:50:00