×
A
A
A
Sazlamalar

Not bazarında iştirak edən bankların sayı artır

Bakı, 16 dekabr, AZƏRTAC

Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. On bir ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7,9 faiz təşkil edib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. On bir ayda manatla pul bazası cəmi 7,3 faiz artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək. Yeni əməliyyat çərçivəsinə uyğun olaraq Mərkəzi Bankın müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların həcmi 660 milyon manat və ya 2,3 dəfə artıb. Not bazarında iştirak edən bankların sayı da artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 milyon manatlıq əməliyyat icra olunub.

Maliyyə 2022-12-16 11:55:00