Bu ilin 11 ayında 15,9 min nəfər özünüməşğulluq proqramına cəlb olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Cari ilin sosial hədəflərindən biri özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində növbəti irəliləyişə nail olmaqdır. Gələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur.
Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə, həmçinin yerli banklarla və sosial tərəfdaşlarla birgə işlər gələn il də proqramın genişləndirilməsinə mühüm dəstək olacaq.
Həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulması, kiçik sahibkarlığa çıxışına dəstək göstərən özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, bu ilin 11 ayında onlardan 15,9 min nəfəri proqrama cəlb olunub.
Ümumilikdə özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə proqrama cəlb olunanların illik sayı 14 dəfə artıb.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb