×
A
A
A
Sazlamalar

Ağsuda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağsu, 8 dekabr, AZƏRTAC

Ağsu rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin on bir ayında bu sahədə uğurlu nəticələr qazanılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 11 ayda diri çəkidə 5194 ton ət istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 ton çoxdur. Süd istehsalında da xeyli artım var. Belə ki, istehsal 338 ton artaraq 29 min 602 tona çatıb. Habelə yumurta istehsalı 120 min ədəd artaraq 12 milyon 140 min ədəd, yun istehsalı isə 4 ton artaraq 322 ton olub.
Rayonun əksər ərazilərində, xüsusilə Bozavand, Gəgəli, Ərəbmehdibəy, Kəndoba, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələrə nail olublar.

Regionlar 2022-12-08 15:50:00