×
A
A
A
Sazlamalar

“Xaçmaz” Elektrik Stansiyasında 4,89 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub

Bakı, 7 dekabr, AZƏRTAC

İstismara verildiyi tarixdən cari ilin dekabrın 1-dək “Xaçmaz” Elektrik Stansiyasında ümumilikdə 4,89 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumi qoyuluş gücü 87 meqavat olan stansiya hər birinin gücü 8,7 meqavat olan 10 ədəd porşen tipli aqreqatdan ibarətdir.
Qeyd edək ki, modul tipli “Xaçmaz” Elektrik Stansiyası 2006-cı ilin dekabrın 7-də Xaçmaz şəhərində istismara verilib. 2020-ci ildə stansiyada 390 milyon kilovat-saat, 2021-ci ildə 360 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. 2022-ci ilin 11 ayı üzrə elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat təşkil edib.

Energetika 2022-12-07 16:30:00