Saatlıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 11,3 faiz artıb
Saatlı, 6 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Saatlıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 25 milyon 115 min manat olub ki, bunun da 5 milyon 339,4 min manatı hüquqi şəxslərin, 19 milyon 775,6 min manatı isə fiziki şəxslərin payına düşüb.
Saatlı rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 551 min manat və ya 11,3 faiz artıb. Göstərilən ödənişli xidmətlərin həcmindən 3 milyon 244 min manatı məişət xidməti olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 349 min manat və ya 12,1 faiz çoxdur. Yanvar- sentyabr aylarında iaşə dövriyyəsinin həcmi 4 milyon 58 min manat təşkil edib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 887 min manat və ya 28 faiz artım qeydə alınıb.
Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
Şabranda yol kənarından silah-sursat tapılıb
Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb