Kustar üsulla quraşdırılan soba can aldı VİDEO
İsmayıllı, 4 dekabr, AZƏRTAC
İsmayıllıda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev bu gün İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib