Moldovada fövqəladə vəziyyət rejimi uzadılıb
Kişineu, 1 dekabr, AZƏRTAC
Moldova Parlamenti enerji sektorundakı böhranla əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
AZƏRTAC Moldova KİV-nə istinadla xəbər verir ki, parlamentdə 55 deputat hökumətin tələbini dəstəkləyib.
Baş nazir Nataliya Qavrilitsa deputatlar qarşısında çıxış edərək noyabrın 15-də və 23-də Rusiyanın Ukraynanın infrastrukturunu kütləvi şəkildə atəşə tutması səbəbindən elektrik enerjisinin kəsilməsini xatırladıb.
Nataliya Qavrilitsa deyib ki, Moldovada fövqəladə hadisə olmasaydı, hakimiyyət elektrik enerjisinin kəsilməsinə tez reaksiya verə, Rumıniyadan elektrik idxal edə və böhranların öhdəsindən gələ bilməyəcəkdi.
"İndi siyasi mübahisələrin və ya populist ritorikanın vaxtı deyil. Mən təsdiq edirəm ki, hökumət öz səlahiyyətlərini aşmayıb. Hökumət və Fövqəladə Hallar Komissiyası şəffaf fəaliyyət göstərib, Moldovada böhranların aradan qaldırılması üçün tədbirlər görülüb", - Baş nazir bildirib.
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları müzakirə edir
Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib
Zelenski Makron və Şultsla görüşmək üçün Parisə yola düşüb
NATO ölkələri münaqişə ərzində Ukraynaya 120 milyard dollar yardım edib
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir