×
A
A
A
Sazlamalar

İdxal olunan bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “Jala Pharma” MMC tərəfindən Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinə məxsus müəssisədən idxal olunan ümumi çəkisi 217 kiloqram (10000 ədəd) olan “Zink Godarov Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə ağır metalların - qurğuşun, kadmium miqdarının normadan artıq olduğu aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız bioloji aktiv qida məhsulu partiyasının məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Sosial 2022-12-01 16:59:00