×
A
A
A
Sazlamalar

Məişət zorakılığı cəmiyyət üçün ciddi təhlükədir

Zaqatala, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Məişət zorakılığı bütövlükdə cəmiyyətimiz üçün çox ciddi təhlükədir. Məişət zorakılığının əsas qurbanı qadınlar və uşaqlardır. Təəssüf ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlara və uşaqlara qarşı zorakılıq halları qeydə alınır. Məişət zorakılığının qarşısının alınmasında aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də fəal iştirak etməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) keçirilən “Məişət zorakılığı ilə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib.
Tədbiri Zaqatala UADM-nin direktoru Cövhərət İbrahimova açaraq ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, eləcə də zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi sahəsində görülən işlər barədə danışıb.
Çıxış edənlər məişət zorakılığına qarşı mübarizənin səmərəliliyinin artırılmasında maarifləndirmənin rolunu vurğulayıblar.
Tədbirin sonunda məişət zorakılığından bəhs edən “Satılmış həyat” adlı film nümayiş etdirilib.

 

 

Regionlar 2022-12-01 13:02:00