Yusif Abdullayev: Azərbaycanda “Exim bank”ın yaradılmasını düşünə bilərik
Bakı, 1 dekabr, AZƏRTAC
Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev “Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin – INSME - 18-ci İllik Toplantısı” mərasimində deyib.
“Milli ixrac strategiyamızın əsas hədəfləri yeni ixracın təşviqi mədəniyyətinin yaradılması və yerli məhsulların daha geniş coğrafi məkanlara ixracıdır. Bu strategiyanı uğurla icra etsək gələcəkdə Azərbaycanda “Exim bank”ın yaradılmasını da düşünə bilərik”, - deyə AZPROMO rəhbəri vurğulayıb.
Fond: Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub
Fevralın 3-nə USD/AZN rəsmi məzənnəsi
AİİB Azərbaycanın iqtisadi inkişaf prioritetlərini bundan sonra da dəstəkləyəcək
Vergi orqanları tərəfindən bina tikintisi fəaliyyəti ilə bağlı 110 müraciət təsdiqlənib