Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər mükafatlandırılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Konstitusiyamızın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə bir nəfəri 2-ci dərəcəli “Vətənə xidmətə görə”, altı nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, əlli nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırıb.
Prezident İlham Əliyev, həmçinin beş nəfəri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
BQXK-nın avtomobilləri Xankəndinə geri dönüb
İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edirlər
Rusiya sülhməramlıları aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər
Türkmənistan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Şamil Ayrım: Azərbaycanı haqq yolundan heç bir təhdid və hədə çəkindirə bilməz