Zaur Məmmədov: İran Ermənistanla birləşərək ölkəmizə qarşı məkrli planlar qurur
Bakı, 30 noyabr, AZƏRTAC
Uzun illərdir ki, İran Azərbaycana müxtəlif təzyiqlər edir, ölkəmizin daxili işlərinə qarışırdı. Biz hər zaman qonşu ölkələrin daxili işlərinə qarışmır, onlara qarşı koalisiyalara qosulmurduq. Lakin onlar, eyni zamanda, Ermənistana da dəstək verirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, İran İsraili bəhanə edərək, Azərbaycana təzyiq göstərmək istəyir. Son vaxtlar bu təzyiqlər açıq formada həyata keçirilir. İran Ermənistanla birləşərək ölkəmizə qarşı məkrli planlar qurur.
Zaur Məmmədov, həmçinin deyib: “Urmiya dünyanın ən böyük duzlu göllərindən biridir. Hazırda isə göl qurumaq təhlükəsi ilə üz-üzədir. Ölkədə türklərin sıxışdırılması ilə bağlı işlər hər zaman olub, indi də davam edir”.
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 59 avtomobil maneəsiz keçib
Diplomatik siyasətlə idarəçilik ölkəmizin regional liderliyinin əsasını təşkil edir
Bu gün bir çox Avropa ölkəsi Azərbaycana böyük ümidlə baxır
Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir
Sülhməramlıların daha beş avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub