×
A
A
A
Sazlamalar

İradə Həsənova: Təbriz şəhərindəki fabrik və zavodlar farsların daha çox yaşadığı şəhərlərə köçürülüb

Bakı, 30 noyabr, AZƏRTAC

Mən Urmiya gölündə olmuşam və orada gölün qurudulmasının şahidi olmuşam. İranın 70 faiz ərazisini gəzmişəm. Təəssüf hissi ilə deyə bilərəm ki, gölü görəndə ürək ağrısı keçirdim.
AZƏRTAC xəbər verir ki, bunu "Urmiya gölünün qurudulması" mövzusunda ictimai müzakirədə Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib.
"Təbriz şəhərindəki fabrik və zavodlar farsların daha çox yaşadığı şəhərlərə köçürülüb. İranda bizim dilimizə qarşı çox böyük təzyiqin şahidi olmuşam. Buna baxmayaraq, cənubi azərbaycanlılar hələ də öz dillərini unutmurlar", - deyə sədr qeyd edib.

Siyasət 2022-11-30 12:06:00