×
A
A
A
Sazlamalar

Doqquz ayda 1 barel xam neftin mədaxil qiyməti 100,8 dollar olub

Bakı, 30 noyabr, AZƏRTAC

Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda, 2022-ci ilin 9 ayı ərzində xalis mədaxil qiyməti 100,8 ABŞ dolları təşkil edib.
AZƏRTAC Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadla xəbər verir ki, Fondun 9 ay üzrə gəlirləri 11 milyard 365,9 milyon manat və ya təsdiq edilmiş gəlirlərin 72 faizi, xərcləri isə 6 milyard 566,9 milyon manat və ya təsdiq edilmiş xərclərinin 57 faizi həcmində icra olunub.
Fondun aktivlərinin 2022-ci il sentyabrın 30-u tarixinə qalığı 45 milyard 386 milyon ABŞ dolları təşkil edib.

 

Neft - qaz 2022-11-30 06:41:00