Şuşaya səfər edən Jalə Təbrizli: “Sanki ayrı bir dünyadayam”VİDEO
Şuşa, 29 noyabr, T.Ağaməmmədov, AZƏRTAC
Bu gün Şuşada olduğum üçün qürur hissi duyuram. Azərbaycanın və Şuşanın gözəlliklərinə heyran qalmışam. Sanki bu gün ayrı bir dünyadayam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşada səfərdə olan “Ərk” İnsan Hüquqları Müdafiə Komitəsinin sədri, Fransada yaşayan Jalə Təbrizli deyib.
“Şuşanın azadlığına çox sevindim. Şəhidlərimizin ruhu şad olsun. Biz onların igidliyi sayəsində bu gün Şuşanı azad görürük, bura ayaq basa bilirik. Şuşanı çox dağıdıblar, vəhşiliklər törədiblər. Ancaq digər tərəfdən Azərbaycan dövlətinin apardığı yeni tikililəri də görüb qürur duyuram. Bura yenidən sürətlə abadlaşır, bərpa olunur”,- deyə o bildirib.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib