×
A
A
A
Sazlamalar

Zaqatala sakinlərinin qaz təchizatına dair problemləri qeydə alınıb

Bakı, 29 noyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Zaqatala rayonunda baş tutub.
İB-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbul otağında rayonun bəzi kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Görüş zamanı sakinlər tərəfindən Yuxarı Çardaxlar, Çobankol, Qımır, Bazar, Mamrux, Muğanlı və Gözbarax kəndlərinin mavi yanacaqla təchiz edilməsi istənilib. Səsləndirilən 18 müraciətdən biri fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi olub.
Görüşdə ünvanlanan müraciətlər “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

Regionlar 2022-11-29 11:43:00