Azərbaycan Ordusunun Baş Qərargah rəisi ölkəmizin ABŞ-dakı səfirliyində olub
Vaşinqton, 28 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dakı səfirliyində olub.
AZƏRTAC xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib