×
A
A
A
Sazlamalar

MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd edilib.

Siyasət 2022-11-26 23:38:00