Azərbaycanın xarici işlər naziri belaruslu həmkarının vəfatı ilə əlaqədar başsağlığı verib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Belarus Respublikasının xarici işlər naziri V.V.Makeyin vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Moldova mətbuatı Qərbi Azərbaycan mövzusuna yer verib
Aksiya iştirakçıları gecə saatlarında fəallıq göstərirlər
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 95 avtomobil sərbəst keçib
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Krallığına işgüzar səfər edib
Prezident İlham Əliyev: Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir