“Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” konfransının iştirakçıları Ağdama səfər ediblər
Ağdam, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans iştirakçıları Ağdama səfər ediblər.
AZƏRTAC xəbər verir ki, ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri şəhərdə işğal zamanı törədilmiş dağıntıları yerində müşahidə ediblər. Onlara məhv edilmiş mədəni abidələrin tarixi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işləri, eləcə də infrastruktur layihələrinə dair ətraflı məlumat verilib.
Daha sonra, qonaqların Şahbulaq qalası, Cümə məscidi, Dram teatrı, Şəhidlər xiyabanı və Çörək zavoduna ziyarəti təşkil edilib.
Zəngilan rayonunun Orta Yeməzli kəndi FOTO
Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı
Tərtərdə Gənclər Günü münasibətilə tədbir - “Heydər Əliyev və Azərbaycan gəncliyi”
Sumqayıtda elektrik naqili oğurlayan şəxs saxlanılıb
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib