Azərbaycanın Keniyada səfirliyi təsis edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin digər Sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 59 avtomobil maneəsiz keçib
Diplomatik siyasətlə idarəçilik ölkəmizin regional liderliyinin əsasını təşkil edir
Bu gün bir çox Avropa ölkəsi Azərbaycana böyük ümidlə baxır
Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir
Sülhməramlıların daha beş avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub