Prezident İlham Əliyev İsraildə Azərbaycan səfirliyinin təsis edilməsi haqqında Sərəncam imzalayıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin digər Sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı görüləcək tədbirlər müəyyənləşib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri Xankəndiyə geri dönüb
Səfir Cahit Bağçı: Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır
Türkiyə Prezidenti Azərbaycana təşəkkür edib
Türkiyə səfiri: Azərbaycanda ürəklər bizim acımızı yüngülləşdirmək üçün döyünüb
Azərbaycanla Belarus arasında əməkdaşlıq məsələləri müzakirə edilib