×
A
A
A
Sazlamalar

Mərkəzi Bank on ayda 42 not hərracı təşkil edib

Bakı, 26 noyabr, AZƏRTAC

Mərkəzi Bank 2022-ci ilin yanvar-sentyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 42 not hərracı keçirib.
AZƏRTAC Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, ümumilikdə, sentyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 510 milyon manat təşkil edib.
Son hərraclarda formalaşan gəlirlik 84 günlük notlar üzrə 2,92 faiz, 168 günlük notlar üzrə 3,5 faiz, 252 günlük notlar üzrə 3,78 faiz olub. 28 günlük notlar üzrə isə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb. Mərkəzi Bankın notları üzrə gəlirlik digər maliyyə alətlərinin faizlərinə təsir göstərməklə gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynamaqdadır.

Maliyyə 2022-11-26 16:10:00