×
A
A
A
Sazlamalar

Şirvanda “Şirbalanın məhəbbəti” musiqili komediyası nümayiş olunub

Şirvan, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Folklor evində "Şirbalanın məhəbbəti" adlı musiqili komediya səhnələşdirilib.
Tamaşanı Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, İdarənin Şirvan şəhər üzrə nümayəndəsi Əziz Abbasov, Şirvan Gənclər evinin direktoru Əfqan Həsənov, Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər ümumtəhsil məktəblərinin şagirdləri izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat anşlaqla keçib və maraqla qarşılanıb.
Tamaşanın təqdimatından sonra İdarə rəisi Fərid Qurbanzadə gənc və həvəskar aktyor heyəti ilə görüşüb, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Tamaşada rol alan gənc və həvəskar aktyorlar Şirvan şəhər Mədəniyyət Mərkəzinin fəxri fərmanları ilə təltif olunublar.

Regionlar 2022-11-26 12:55:00