II Sumqayıt Kitab Sərgisi keçiriləcək
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə II Sumqayıt Kitab Sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərginin isə daha rəngarəng proqram və çoxçeşidli kitablarla tamaşaçılara təqdim olunacağı gözlənilir.
Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 faizədək endirimlər ilə qonaqların yadında qalacaq. Bundan əlavə, kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib